Səfir – Zəlzələ nəticəsində itkin hesab olunan Türkiyədəki bütün Gürcüstan vətəndaşları tapılıb
Zəlzələ nəticəsində itkin hesab olunan Türkiyədəki bütün Gürcüstan vətəndaşları tapılıb – bu barədə Gürcüstanın Türkiyədəki səfiri Qiorqi Cancğava bildirib.

Onun sözlərinə görə, güclü zəlzələ nəticəsində iki nəfər Gürcüstan vətəndaşı dünyasını dəyişib.

Qiorqi Cancğava təbii fəlakət zonasında olan Gürcüstan vətəndaşlarını Gürcüstanın diplomatik nümayəndəliyi ilə əlaqə saxlamağa, yer və vəziyyətləri haqqında məlumat verməyə çağırıb.

“Vətəndaşlarımızla bacardığımız qədər əlaqəmiz var. İtkin düşdüyü hesab olunanların hamısı tapılıb. Həmçinin, futbolçularımızı da tapdıq. Həmin əraziyə getmək çox çətindir, ona görə hamını harada odluqları, necə olduqları ilə bağlı bizə məlumat çatdırmağa çağırıram”, – Qiorqi Cancğava bildirdi.

Print