Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 1600-a çatıb.
Bunlardan 812-si Əsəd rejiminin nəzarətində olan ərazilərdə, 790-a
qədəri isə üsyançıların işğal etdiyi torpaqlarda həlak olub.
Yerli sakinlər ölənlərin sayının kəskin artacağından ehtiyat
edirlər.
Zəlzələ nəticəsində Hələb, Latakiya, Həma, İdlib və Tartus
əyalətlərində 1500-dən çox insan xəsarət alıb.