8 fevral tarixində Marneulinin 11 kəndində “toplantı” keçiriləcək
Marneulidə “Kənd toplantıları”-nın keçirilməsinə davam edilir. Meriya tərəfindən təşkil olunmuş üç müxtəlif qrup bir gündən bir əhali ilə görüşür.

8 fevral tarixində 11 kənddə “kənd toplantısı” planlaşdırılır. Ümumi toplantıların və ya məsəhətləşmənin keçiriləcəyi tarix və kəndlərə əsasən vaxtı təqdim edirik:
  1. Tsereteli, Ayinlər Evinin ərazisi – saat 12:00
  2. Saimerlo, ictimai məktəb ərazisi – saat 14:00
  3. Böyük Bəylər, ictimai məktəb ərazisi – saat 15:00
  4. Kiçik Bəylər – Kəndin mərkəzi – saat 15:30
  5. Norqiuli, məktəb ərazisi – saat 13:00
  6. Yuxarı Saral – məktəb ərazisi – saat 14:00
  7. Şulaveri məktəb ərazisi – saat 11:00
  8. Aşağı Saral – məktəb ərazisi – saat 13:00
  9. İmir kəndi, məktəb binasının ərazisi (İmir; İmirçala) – saat 12:00
  10. Qırmızıkənd – məktəb ərazisi (Qırmızıkənd; Metsamula) – saat 11:00
  11. Daştəpə - məktəb ərazisi – saat 12:00
7 fevral tarixinə olan məlumata görə, indiyədək 27 kənddə toplantı keçirilib.

Əhali ilə görüşlər 1 fevraldan 15 fevrala qədər keçiriləcək. Kəndə dəstək proqramı üçün 2023-cü ildə Gürcüstan Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə pul əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox 20 000 lari ayrılıb.

Ümumi toplantılar böyük kəndlərdə 200 imza toplandığı, nisbətən kiçik kəndlərdə isə əhalinin 20%-in imzası qeydə alınan zaman keçirilmiş hesab olunur.

Marneuli meriyasından bildirirlər ki, əgər öz kəndinizdə görüşə gedə bilmirsinizsə, keçirilmə tarixinə qədər öz təşəbbüsünüzü xüsusi forma doldurmaqla elektron poçt ünvanına göndərə bilərsiniz: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

"Marneuli" Radiosu
Print