Albaniyada Mindia Lavasoğlu saxlanılıb
Albaniya polisinin məlumatına görə, Mindia Lavasoğlu Tiranada Ukrayna vətəndaşına məxsus saxta pasport ilə saxlanılıb və onu Gürcüstana ekstradisiya üçün hazırlayırlar.


Albaniya polisinin məlumatına görə, Lavasoğlu dünən, 6 fevral tarixində saxlanılıb. Qurumun verdiyi məlumata görə, o, zorakı kriminal qruplaşmaya rəhbərlik etməkdə ittiham olunur. Həmin qruplaşma Gürcüstanda və başqa ölkələrdə fəaliyyət göstərirmiş.

Gürcüstan hakimiyyəti Mindia Lavasoğlu ilə bağlı (Mindia Qoradze) beynəlxalq axtarış elan edib.

Mindia Lavasoğlu oğru dünyasına üzv olduğu üçün 2018-ci ildə mühakimə olunub. Hökm çıxarılana kimi onu həbsxanadan azad ediblər. Bu əvvəlcədən saxlama müddətində (9 ay) polislərin onun qanunsuz oğru olduğunu təsdiq edə bilmədikləri motivi ilə baş verib. O, Türkiyəyə keçib. Lavasoğlu Türkiyədə 2018-ci ilin sonunda saxlanılıb və 2020-ci ilin 20 iyununa qədər qeyri-müəyyən səbəblə ekstradisiya həbsxanasında saxlanılıb.

Mindia Lavasoğlunun ekstradisiya həbsxanasından azad edilməsi tələbi ilə Batumidə 2020-ci ilin 1 iyunundan etiraz aksiyaları keçirilirdi. 15 nəfər aclıq elan etmişdi.

2020-ci ilin 20 iyununda məlum olub ki, Mindia Lavasoğlu Türkiyədə ekstradisiya həbsxanasından azad edilib və o, Belorusiyaya keçib. Bu məlumatı əvvəl Gürcüstan prokurorluğu təsdiq etmirdi. Həmin qurumdan bildirirdilər ki, yenə də Türkiyədə ekstradisiya prosedurunun başa çatmasını gözləyirdilər. Ancaq sonra Prokurorluqdan bildirdilər ki, Gürcüstan bu dəfə Belorusiya hakimiyyətindən ekstradisiya tələb edib.

Bundan sonra Lavasoğlu Odessa aeroportunda saxlanılıb.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google