Türkiyədə baş verən zəlzələnin dağıntıları altında qaldığı
üçün dünyasını dəyişənlər arasında futbolçu da var.
Həvəskar statuslu BAL Liqasında çıxış edən "Kahramanmaraş
İstiklalspor"un futbolçusu Taner Kahriman faciəvi şəkildə həyatını
itirib.
25 yaşlı oyunçu dağıntılar altından çıxarılsa da, xəstəxanada vəfat
edib.
Qeyd edək ki, Taner Kahriman karyerası ərzində "Orduspor" və
"Artvin Hopaspor"un formasını geyinib.
Mənbə: sportfm.az