Futbolçu dünyasını dəyişdi - Dağıntılar altında qaldı
Türkiyədə baş verən zəlzələnin dağıntıları altında qaldığı üçün dünyasını dəyişənlər arasında futbolçu da var.

Həvəskar statuslu BAL Liqasında çıxış edən "Kahramanmaraş İstiklalspor"un futbolçusu Taner Kahriman faciəvi şəkildə həyatını itirib.

25 yaşlı oyunçu dağıntılar altından çıxarılsa da, xəstəxanada vəfat edib.

Qeyd edək ki, Taner Kahriman karyerası ərzində "Orduspor" və "Artvin Hopaspor"un formasını geyinib.

Mənbə: sportfm.az
Print