8 fevral tarixində Marneuli ərazisində hava necə olacaq
Marneuli ərazisində soyuq havanın davam edəcək. Bu gün, 8 fevral tarixində gündüz saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Gecə saatlarında isə bələdiyyə ərazisində buludlu hava müşahidə ediləcək. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bələdiyyədə külək əsəcək.

Havanın temperaturu gündüz +7 dərəcə isti qeydə alınacaq, gecə isə havanın temperaturu 0 dərəcəyə qədər enəcək.

9 fevral tarixində, Marneuli ərazisində gündüz saatlarında buludlu hava müşahidə ediləcək. Gecə saatlarında isə yenidən yağış və qar yağacaq. Gündüz havanın temperatur +7 dərəcə isi olacaq, gecə isə temperatur -1 dərəcə qədər enəcək.

10 fevral tarixinə gəlincə isə Marneuli ərazisində gündüz saatlarında qar yağacaq. Axşama doğru qar yağışınının tədricən kəsəcəyi gözlənilir. Gecə saatlarında isə buludlu hava olacaq. Gündüz saatlarında havanın temperaturu +3 dərəcə isti olacaq, gecə isə temperatur -3 dərəcəyə qədər enəcək.

"Marneuli" Radiosu
Print