Gürcüstanın Türkiyədəki səfirliyi fövqəladə iş rejiminə keçib
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ ilə əlaqədar Gürcüstanın Türkiyədəki səfirliyi fövqəladə iş rejiminə keçib.

Agentliyin yaydığı məlumatda qeyd edildiyi kimi, hazırkı mərhələdə iki Gürcüstan vətəndaşının ölümü təsdiqlənir.

Onların verdiyi məlumata görə, 6 vətəndaşın yerinin müəyyənləşdirilməsi istiqamətində işlər hələ də davam edir.

"Gürcüstan vətəndaşlarının təbii fəlakət zonasındakı yerini, vəziyyətini və ehtiyaclarını müəyyən etmək üçün diplomatik nümayəndəlik Türkiyə Respublikasının Fövqəladə Hallar Mərkəzi ilə daimi əlaqə saxlayır".


Mənbə: BPN


Print