Marneuli bələdiyyəsinin Aşağı Saral kəndində qəbiristanlıq
hasarlanacaq.
Kəndə dəstək proqramı çərçivəsində Saral kəndinə 20 000 lari
ayrılıb. Meriya tərəfindən yayımlanmış rəsmi qrafikə görə, görüşün
keçirilmiş hesab olunması üçün Aşağı Saralda 200 imza toplanmalı
idi. Kənddə 200 nəfər həqiqətən toplaşmayıb. Ancaq meriya
nümayəndələri bildiriblər ki, iclasın legitimliyi üçün imzaların
üçdə biri də kifayət edir.
Əhali ilə görüşlər 1 fevraldan
15 fevrala qədər keçiriləcək. Kəndə
dəstək proqramı üçün 2023-cü ildə Gürcüstan Regionlarında Həyata
Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Pul
kəndlərə əhalinin sayına görə bölünür. Hər kənd üçün ən az 12 000
lari, ən çox isə 20 000 lari ayrılıb.
Marneuli meriyasından bildirirlər ki, əgər kənddə keçirilən görüşə
gedə bilmirsinizsə, görüşün keçirilmə tarixinə qədər öz
təşəbbüsünüzü xüsusi doldurulmuş forma şəklində elektron poçt
ünvanına göndərə bilərsiniz:
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it