İnfantino yenidən FİFA prezidenti seçildi
Bu gün Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən FİFA-nın 73-cü Konqresində təşkilatın prezidenti seçkiləri olub.

Yeganə namizəd Canni İnfantino yenidən FİFA prezidenti seçilib. O, 2027-ci ilə qədər qurumun rəhbəri vəzifəsinə təsdiq edilib .

Xatırladaq ki, Canni İnfantino ilk dəfə 2016-cı ildə səsvermənin ikinci turunda mümkün 207 səsdən 115 səs toplayaraq FİFA prezidenti seçilmişdi. 2019-cu ildə o, ikinci müddətə yenidən bu vəzifəyə təsdiq olunmuşdu.

Mənbə: Sportfm.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google