26 mart tarixində Marneuli bələdiyyəsinin Kürtlər kəndində iftar
süfrəsi təşkil olundu.
İftar süfrəsindən öncə din xadimləri tərifindən dualar oxundu və
Ramazan ayı haqda mərasim iştirakçılarına məlumatlar verildi.
Daha sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar
Eminov, Marneuli müftisi Tahir Bayramov, Bolnisi müftisi Adil
Nəbiyev, İkinci Kosalı İslam mədrəsəsinin rəhbəri Natiq Əliyev,
Qızıl Kilsə məscidinin İmamı Hafiz Ruslan Yolçuyev və Kürtlər kənd
məscidinin imamı Teymur Qəhrəmanov çıxış edərək, Ramazan ayının
əhəmiyyətindən və bu ayda tutulan orucun savabından danışdılar.
İftar süfrəsində iştirak edən Marneuli bələdiyyə məclisinin üzvü
Omar İrişov, kənd ağsaqqaları jurnalist Təhməz Təhməzov, professor
İsmixan Abdullayev, təqaüddə olan müəllimlər İlyas İlyasov və
Abdulla Abdullayev çıxış etdilər. Onlar öz çıxışlarında
müsəlmanları Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı
münasibətilə təbrik etdilər. Ölkədə və dünyada sülh, əmin-amanlıq
olmasını dilədilər.
Tədbirdə iştirak edən kənd sakinləri qonaqlara və iftar süfrənin
təşkil olunmasında əməyi keçən hər kəsə öz təşəkkürlərini
bildirdilər.
Qeyd edək ki, iftar süfrəsi kənd sakinləri tərəfindən təsis edilmiş
“Kurtlar kənd xeyriyyə fondu” tərəfindən təşkil olumuşdu.
İftar sürəsindən sonra dini ayinlər oxundu və İslam dini və onun
adət-ənənəlirdən söhbət açıldı.