Gürcüstana çiyələk idxalı 3 dəfə artıb - məhsul ölkəyə hansı qiymətə daxil olur?
Gürcüstana təzə çiyələk idxalının həcmi mövsümöncəsi dövr üçün rekorddur və yanvar-fevral aylarında 420 ton təşkil edib. Bu, ötən ilin eyni aylarının göstəricisindən üç dəfə çoxdur. Məlumatı Agroportal EastFruit yayır.

O cümlədən, 2022-2023-cü ilin avqust-fevral mövsümündə təzə çiyələk idxalı ötən illə müqayisədə 44% çox, yəni 750 ton olduğu halda, 2021-2022-ci ilin eyni dövründə idxalın ümumi həcmi
cəmi 250 ton olub.

EastFruit analitiklərinin fikrincə, illik idxalda belə böyük sıçrayış yerli tələbatın artması ilə bağlıdır, buna Rusiya vətəndaşlarının ölkəyə axını, eləcə də pandemiyadan sonrakı iqtisadi canlanma səbəb olub.

Son 9 ilin qeyd olunan ayları ilə müqayisədə bir il ərzində çiyələk idxalı təxminən 85 ton artıb. İdxal olunan məhsulların 82 faizi təzə, qalanı isə dondurulmuş çiyələk olub. EastFruit-ə görə, dondurulmuş çiyələk idxalı daha təsadüfi və dəyişkəndir, təzə çiyələk idxalı isə sabit artım göstərir.

Bu ilin fevral ayında ölkəyə 260 ton təzə çiyələk idxal edilib, kiloqramı 0,26 ABŞ dolları (0,66 lari) olub, eyni ayda dondurulmuş çiyələk idxal edilməyib. Həcmi 100 ton olan sonuncu dondurulmuş şirinləşdirilmiş çiyələk ölkəyə yanvar ayında gətirilib. İdxal hər kq üçün 0,45 ABŞ dolları (1,15 lari) olub ki, bu da təzə çiyələyin yanvar ayı idxal qiymətindən 0,16 dollar (0,41 lari) yüksəkdir. Dondurulmuş çiyələk adətən mürəbbə istehsalı üçün xammal kimi istifadə olunur.

Bir qayda olaraq, Gürcüstanda çiyələk istehsalı may və iyun aylarında zirvəyə çatır, bundan sonra yerli tədarük sürətlə azalır. Bununla belə, idxalın artması yerli istehsalın azalması və Horeca (otel/restoran/kafe) sektorunun, eləcə də supermarketlər şəbəkəsinin böyüməsi ilə bağlıdır. O cümlədən, məlumata görə, 2016-2017-ci illərdə Gürcüstanda 5,3 min ton, sonrakı 4 ildə (2018-2021) ümumi həcmi cəmi 5,0 min ton çiyələk istehsal olunub.

Üstəlik, yerli istixanalar ucuz idxalla rəqabət apara bilmir.


Mənbə: BPN

Print ელ. ფოსტა
FaceBook Twitter Google