İki avtomobil bir-biri ilə toqquşub
Tbilisidə, Mziuri yaxınlığında yol qəzası baş verib.

“İnfo Rustavi” xəbər agentliyinin məlumatına görə, “Honda” markalı minik avtomobilləri bir-biri ilə toqquşub, nəticədə onlardan biri beton qoruyucu bəndin üzərinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə patrul polisinin və xilasedicilərin briqadaları səfərbər edilib.

Mənbə: inforustavi.ge

Print