Dedoplistskaroda baş verən qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Mövcud məlumata görə, minik avtomobilinin sürücüsü sükanı idarə edə
bilməyib və dəmir konstruksiyaya çırpılıb.
Nəticədə 33 yaşlı kişi yerindəcə ölüb, iki sərnişin isə xəsarət
alıb. Yaralılar tibb müəssisəsinə yerləşdirilib.
Hadisə yerinə patrul polis briqadası səfərbər edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma
başlanılıb.