Gürcüstanın yük maşınlarından əldə etdiyi gəlirləri 2 dəfə artıb
Cari ilin yanvar-fevral ayları ərzində Gürcüstanın yük maşınlarından əldə etdiyi gəlirləri illik müqayisədə 2,1 dəfə artıb artıb.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilib ki, yanvar-fevral ayları ərzində Gürcüstan yük maşınlarından 24,11 milyon lari (15,92 milyon manat) əldə edib. 2022-ci ilin ilk iki ayı ərzində isə bu göstərici 11,4 milyon lari (7,5 milyon manat) təşkil edib.

Yanvar-fevral ayları ərzində Gürcüstan ərazisindən ümumilikdə 68 604 yük maşınının istifadə etdiyi qeyd edilib. 2022-ci ilin ilk iki ayında isə bu göstərici 57 235 ədəd olub.

Mənbə: apa.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google