Qori bələdiyyəsinin kəndlərindən birində müəllimin şagirdə
zorakılıq etməsi ittihamı ilə istintaq başladılıb.
Agentlikdən "Netgazet"ə verilən məlumata görə, istintaqa Gürcüstan
Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanlara qarşı
zorakılıqdan bəhs edən 126¹ maddəsi ilə başlanılıb.
Yerli medianın məlumatına görə, şagirdə qarşı fiziki zorakılığı əks
etdirən video əvvəlcə sosial şəbəkələrdə yayılıb. “Mozaika”
radiosunun yazdığına görə, məktəbin nizam-intizam komitəsi şagirdə
qarşı zorakılığı təsdiqləyib və müəllim hazırda işindən azad
olunub.