Yaponiyanın Gürcüstandakı səfirliyindən Marneuli bələdiyyəsinin
yerli özünüidarəsinə zibil daşıyan maşını verilib. 6 aprel
tarixində, Yaponiyanın Gürcüstandakı Fövqəladə və Tamhüquqlu səfiri
İmamura Akira Marneuli bələdiyyəsində olub.
Səfərin məqsədi Yaponiya səfirliyinin insan təhlükəsizliyi qrant
proqramı çərçivəsində əldə edilmiş maliyyələşdirmə ilə alınmış
zibil toplayan texnikanın meriyaya verilməsi idi.
Yaponiya səfirliyinin insan təhlükəsizliyi qrant proqramının
məsləhətçisi Meko Çaçava “Marneuli” radiosu
ilə söhbəti zamanı
bildirdi ki, səfirlik tərəfindən elan edilmiş proqramda bütün
bələdiyyələr və QHT-lər iştirak edə bilər.
“Ötən il Marneuli bələdiyyəsi bizə xahişlə müraciət etdi ki, zibil
toplayan maşın alınsın. Bu qrant proqramı səfirlik tərəfindən
seçildi və dünən təqdim olunma mərasimi idi. Bu qrant proqramı
Gürcüstanın müstəqillik günündən bu günə qədər Gürcüstanda həyata
keçirilir və təxminən 200-dən artıq qrant bu il maliyyələşdirilib.
Qarntların ümumi dəyəri təxminən 25 000 000 dollara qədər təşkil
edib. Bu proqram bir tərəfdən ağır texnika almağı və ya sosial
əhəmiyyət daşıyan binanın tikintisini, yaxud bərpasını nəzərdə
tutur. Yalnız bu iki komponentdir və Marneulinin timsalında ağır
texnika almaq idi”- Meko Çaçava bildirdi.
Yaponiya səfirliyinin insan təhlükəsizliyi qrant proqramının
məsləhətçisinin sözlərinə görə, proqram hər il həyata keçirilir və
bələdiyyə, yaxud QHT-lər proqram başa çatdıqdan sonra yenidən
müraciət edə bilər.
“Müvafiq olaraq, Marneuli bələdiyyəsi bə QHT-lər də Marneulidə,
yaxud Marneulidən kənar proqramda iştirak edə bilərlər. Təəssüf ki,
bu kiçik qrant proqramıdır və bütün il ərzində 7-8 qrant seçilib,
yüksək rəqabətdən irəli gələrək iştirak vacib olan məsələlələrə
üstünlük verilir. Müvafiq olaraq, bu rəqabət şərtlərində
layihələrin bölünməsidir. Əvvəlcədən, əlbəttə, Marneulinin gələn il
üçün seçiləcəyini demək çətindir. Bir halda ki, ötən il artıq qrant
proqramından maliyyə alıb, amma texniki olaraq məhdudlaşdırılmış
bələdiyyə deyil və təşkilatlar qrant proqramına müraciət edə
bilərlər”- Meko Çaçava bildirdi.
Yaponiyanın Gürcüstandakı səfirliyinin nümayəndəsinin sözlərinə
görə, səfirlik proqramın bütün mərhələlərində monitorinq aparır və
onların verdiyi ağır texnika ya sosial əhəmiyyətli binadan nə
dərəcədə effektiv istifadə olunduğuna nəzarət edir.
Qeyd edək ki, Marneuli bələdiyyəsinin yerli özünüidarəsi
Yaponiyanın Gürcüstandakı Fövqəladı və Tamhüquqlu səfirinin
Marneuliyə səfəri barədə “Marneuli” radiosuna məlumat verməyib.
Səfər 6 apreldə həyata keçirilib, Marneuli meriyası isə bu gün, 7
apreldə məlumat yayıb.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Yaponiya səfirliyindən
qrant olaraq 82 243 ABŞ dolları alıb. Məhz həmin vəsaitlə yeni
zibil toplayan maşın alınıb. Maşın bələdiyyənin təmizləmə
xidmətinə, “Təmiz Marneuli” MMC-yə veriləcək.