Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq regional sülh və
sabitlik üçün çox vacibdir”.
Bu sözləri yerli jurnalistlərə müsahibəsində Gürcüstan
Parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, regionda təhlükəsizlik mühitinin
yaxşılaşdırılması olduqca vacibdir. Bizim Azərbaycan ilə sadəcə
strateji tərəfdaşlıq, siyasi və iqtisadi əlaqələrimiz deyil, həm də
xalqlarımız arasındakı qədim və dərin mədəni bağlantılarımız var.
Ölkələrimiz arasındakı məhsuldar
əməkdaşlıq son onilliklərdə
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, xalqlarımız,
ölkələrimiz üçün bir çox müsbət nəticələrə gətirib. Ticarət,
iqtisadiyyat, mədəniyyət və müdafiə istiqamətlərində əməkdaşlıq
dinamikdir. Bir neçə onillik öncə başladılmış beynəlxalq
əhəmiyyətli regional enerji və nəqliyyat layihələri ölkələrimizi
həm siyasi, həm də iqtisadi baxımdan bir-birinə bağlayıb.
“Ölkələrimizin müstəqilliyinin eyni vaxtda elan olunması və 105 il
əvvəl əcdadlarımızın eyni vaxtda dövlətçiliyin bərpasını qeyd
etməsi tarixi əhəmiyyət kəsb edir. Biz regionumuzda təhlükəsizlik
mühitinin yaxşılaşdırılması üçün səylərimizi
əsirgəməyəcəyik”. - Şalva Papuaşvili, əlavə edib.
mediapost.az