İyunun 29-dan iyulun 1-i səhərədək Gürcüstanda yağış
yağacağı,
bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, Şərqi Gürcüstanda
bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Onların məlumatına görə, iyunun 30-da və iyulun 1-də qərb
istiqamətində güclü külək əsəcək, dəniz üzərində
4 ballıq tufan
olacaq.
“Gözlənilən leysan yağışları Gürcüstanın kiçik
çaylarında daşqınlara, ölkənin dağlıq ərazilərində isə sürüşmə və
sel sürüşmələrinin aktivləşməsinə səbəb ola bilər”, -
deyə dərc olunan məlumatda bildirilir.