Xilasedicilər Qori bələdiyyəsinin Xidistavi kəndi yaxınlığında Kür çayında gənc oğlanın cəsədini tapıblar

Xilasedicilər Qori bələdiyyəsinin Xidistavi kəndi yaxınlığında Kür çayında gənc oğlanın cəsədini tapıblar.


Fövqəladə Hallar İdarəsindən “İnterpress News”a verilən məlumata görə, sözügedən meyitin dünəndən axtarışları davam edən 22 yaşlı gəncə məxsus olması ehtimal edilir.

Məlumat üçün bildirək ki, ötən gün çaya gedən 22 yaşlı gənc yoxa çıxıb. Mövcud məlumata görə, o, çay yatağında ayağı sürüşərək suya düşüb.

Mənbə: İnterPressNews

 

Print
თეგები: Qori გორი