Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, sentyabrın 6-dan
sentyabrın 9-dək Gürcüstanda qısamüddətli yağış yağacağı,
şimşək çaxacağı, Gürcüstanın şərqində bəzi yerlərdə dolu düşəcəyi
ehtimalı var.
Onların məlumatına görə, düzənlikdə və aranda havanın
temperaturunun +25, +30 dərəcə isti olacağı gözlənilir.
“Sentyabrın 6-dan Tbilisidə şimşək çaxacaq qısamüddətli
yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +28, +30
dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Poti): sentyabrın 7-8-də
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün
ərzində havanın temperaturu +27, +29 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri,
Şovi, Çiatura, Saçxere, Xulo) qısamüddətli yağış yağacağı, şimşək
çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +25, +27
dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): arabir
qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Havanın temperaturu
gündüz +19, +21 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli,
Axmeta, Dedoplistskaro) qısamüddətli yağış yağacağı, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gün ərzində havanın
temperaturu +28, +30 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti,
Tianeti, Pasanauri): şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.
Gün ərzində havanın temperaturu +25, +27 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka,
Bakuriani, Qudauri, Omalo) qısamüddətli yağış yağacağı, şimşək
çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +18, +20
dərəcə təşkil edəcək”, - deyə yayılan məlumatda
bildirilir.