Digər vitse-prezident və idarə heyətinin üzvü Nikoloz Qaqua da
Gürcüstan Milli Bankını tərk edir.
O, bu məlumatı BMG nəşrinə təsdiqləyib.
Bu gün Milli Bankın prezidenti vəzifəsini icra edən Natia
Turnavanın brifinqindən sonra GMB-nın vitse-prezidentləri Arçil
Mestvirişvili və Papuna Lejava öz vəzifələrini tərk etdiklərini
açıqlayıblar. Milli Bank prezidentinin müşaviri Qiorqi Bakradze də
vəzifəsini tərk edib.