Ov mövsümü açıldıqdan sonra 1 ayda 229 qanunsuz ov faktı aşkar edilib
ETSN-nin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları tərəfindən ov mövsümü başlayandan sentyabrın 19-dək qanunsuz ovla bağlı 229 fakt aşkar edilib.

Bu barədə Ekoloji Nəzarət Departamenti məlumat yayıb.

Onların hesabatlarına görə, ən çox - 80 qanunsuz ov hadisəsi İmeretidə qeydə alınıb. Mtsxeta-Mtianetidə 40, Sameqrelo-Zemo Svanetidə 36, Şida Kartlidə 21, Quriyada 15, Kaxetidə 12, Acarıstanda 9, Samtsxe-Cavaxetidə 7, Kvemo Kartlidə 5, Raça-Leçxumi
Kvemo Svanetidə 2 qayda pozuntusu aşkar edilib. Ekoloji Nəzarət Departamentinin əməkdaşları Tbilisi şəhərinin inzibati sərhəddində 2 qanunsuz ov hadisəsinin qarşısını alıblar.

“Aşkar edilmiş qanun pozuntularından 163-ü qadağan olunmuş silah və ya üsullarla ov etmə faktlarıdır. Qanun pozucuları tərəfindən 59 halda köçəri quşların ətraf mühitdən çıxarılmasına görə müəyyən edilmiş rüsum ödənilmədən, 5 halda brakonyerlər tərəfindən qadağan olunmuş heyvan növləri, 2 halda isə köçəri quşlar şəhər və ya bələdiyyə ərazisində ovlanmışdır.

Quşları cəlb etmək üçün səs siqnalı verən kustar üsulla hazırlanmış elektron cihazlarla qanunsuz ov etmə faktları da qeydə alınıb. Ov mövsümü başlanandan sonra 1 ay ərzində 164 ədəd səs siqnalı verən elektron cihaz çıxarılıb.

Qeyri-qanuni ov faktlarının aşkar edilməsi və qarşısının alınması məqsədilə Ekoloji Nəzarət Departamentinin əməkdaşları ov mövsümündə bütün Gürcüstan ərazisində 24 saat gücləndirilmiş nəzarət tədbirləri həyata keçirirlər”,
- deyə dərc olunan məlumatda bildirilir.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ნოემბერი 2024 »»
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1