Paşinyan: Yaxın günlərdə Dağlıq Qarabağda heç bir erməni qalmayacaq
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın günlərdə Dağlıq Qarabağda heç bir erməni qalmayacaq.

O, həmçinin qeyd edib ki, ermənilər “Azərbaycanın etnik təmizləmə siyasəti nəticəsində” Qarabağı tərk edirlər.

"Aparılan təhlillər göstərir ki, yaxın günlərdə Dağlıq Qarabağda bir dənə də olsun erməni qalmayacaq. Bu, beynəlxalq ictimaiyyətlə uzun müddətdir danışdığımız birbaşa etnik təmizləmə və vətəndən məhrumetmə
aktıdır. Müxtəlif beynəlxalq oyunçuların Dağlıq Qarabağda davam edən etnik təmizləməni pisləyən bəyanatları mühümdür, lakin onlara konkret əməl olunmazsa, o zaman bunlar yalnız tarix üçün mənəvi statistikanın yaradılmasının tərkib hissəsi kimi qəbul edilir”,
- Paşinyan bildirib.

“Artsax”, yəni qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” Samvel Şahramanyan separatçı rejimin 2024-cü il yanvarın 1-dən fəaliyyətini dayandırması barədə fərman imzalayıb.

Mənbə: tabula.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« დეკემბერი 2024 »»
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345