Biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırırıq - Azərbaycan XİN
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 28-də hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.

"Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi
və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq.

Ermənistan, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün erməni sakinlərin reinteqrasiya prosesinə maneələri aradan qaldırmalı və hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatmasına fokuslanmalıdır",
- deyə qeyd edilib.

Mənbə: trend.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google