Yanvarın 1-dən “SOCAR Georgia Gas” MMC və “Sakorqqaz” ASC-nin qeyri-məişət (kommersiya) müştəriləri üçün təbii qazın haqqı dəyişəcək
2024-cü il yanvarın 1-dən “SOCAR Georgia Gas” MMC və “Sakorggaz” ASC-nin pərakəndə qeyri-məişət (kommersiya) müştəriləri üçün 1 m3 təbii qazın qiyməti ƏDV daxil olmaqla 1,29 (bir lari iyirmi doqquz tetri) lari səviyyəsində müəyyən ediləcək.

Gürcüstan hökumətinin 30 noyabr 2020-ci il tarixli 716 nömrəli qərarı əsasında dövlət buğda unu subsidiya proqramı ilə əhatə olunmuş çörək istehsalı müəssisələri üçün qazın qiyməti dəyişməz qalacaq.

Həmçinin, Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası tərəfindən müəyyən edilən məişət (əhali) tarifi dəyişməz olaraq qalır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google