Qaribaşvili Şarl Mişelə ölkədə aparılan islahatlar barədə məlumat verib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə görüşündə Aİ üzvlüyünə namizəd statusunun alınması üçün ölkədə aparılan islahatlar barədə məlumatlandırıb.

Bu barədə TASS məlumat yayıb.

İ.Qaribaşvili görüşdə qeyd edib ki, Gürcüstan Avropa Komissiyasının tövsiyəsindən sonra ölkəyə namizəd statusunun verilməsi ilə bağlı Avropa Şurasından müsbət qərar gözləyir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google