Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Gürcüstanda səfərdə olan Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia ilə görüşüb, bu ali təhsil ocağındakı Heydər Əliyev adına auditoriya ilə tanış olublar.

Azərbaycan nümayəndə heyəti, həmçinin Gürcüstan Texniki Universitetinin rektoru David Qurgenidze ilə görüşüb.

Görüşdə Azərbaycan və Gürcüstanın universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı universitetlər arasında müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmaların aparılması, elmi simpozium və konfransların təşkili və s. məsələlər diqqət mərkəzində olub.

Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycanın elm və təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Tural Əhmədov, BDU-nun Təhsil prosesinin təşkili və idarə edilməsi departamentinin rəhbəri Elçin Məmmədov daxildirlər.

Mənbə: report.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google