Gürcüstanda yaşamaq üçün 4964 Rusiya vətəndaşı müraciət edib, 1530 nəfərə artıq yaşamaq icazəsi verilib
Gürcüstanda yaşamaq üçün 4964 Rusiya vətəndaşı müraciət edib, 1530 nəfərə artıq yaşamaq icazəsi verilib. Parlamentin deputatı Tina Bokuçavanın deputat sualına cavab olaraq Ədliyyə Nazirliyinin göndərdiyi məlumat belədir.

Agentliyin məlumatına görə, 2022-ci il fevralın 24-dən 2023-cü il noyabrın 11-dək olan müddətdə 15 506 Rusiya vətəndaşı Gürcüstanda yaşamaq üçün müraciət edib. Bunlardan 4964 nəfər işləmək üçün yaşayış icazəsi
ilə bağlı müraciət edib, onlardan 1530 nəfərin müraciəti təmin edilib, 2881 nəfərin müraciəti təmin edilməyib, digər müraciətlərə isə müxtəlif baxılma mərhələsindədir.

Bundan əlavə, hesabat dövründə 233 Rusiya vətəndaşı investisiya rezidentliyi üçün müraciət edib, onlardan 168-nə artıq icazə verilib. 86 Rusiya vətəndaşı xüsusi yaşayış icazəsi üçün müraciət edib, onlardan 73-nə icazə verilib, 11-nə baxılmayıb, 2-nə isə icazə verilməyib.
Mənbə: BPN

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123