1-2 dekabr tarixlərində Tbilisidə “Muaytay” üzrə Gürcüstan açıq
çempionatı keçirilib.
Tbilisidə təşkil olunan çempionatda Marneulili idmançılar da
iştirak ediblər. “BARLAS” döyüş klubunun rəhbəri Faiq Məmmədovun
sözlərinə görə, onun rəhbərlik etdiyi klubdan 6 idmançı yarışda
iştirak edib.
“İdmançım Kamran Əhmədov 67 kq çəki dərəcəsində GFG
liqasının çempionu oldu. Nicat Əlizadə isə 48 kq çəki dərəcəsində
Gürcüstan çempionu adını qazandı. O, üç döyüşə çıxdı və hər birində
qələbə qazandı. Digər 4 idmançım isə Gürcüstan ikincisi
oldular.
- Amil Mehdiyev - 32
kq
- Aydın Məmmədov - 35 kq
- Elmiz Əliyev - 38 q
- Yaşar Çopurov - 55 kq
Marneuli idmançılar bu çempionatda böyük uğur
qazandılar”.
Çempionatda Gürcüstanla yanaşı Azərbaycan, Türkiyə, İran və
Ermənistan idmançıları da iştirak ediblər.
Xatırladaq ki, Tbilisi şəhərində keçirilən Muaytay üzrə açıq
Tbilisi çempionatı Gürcüstan Muaytay Federasiyasının təşkilatçılığı
ilə keçirilib.