“İmereti bölgəsində, Bağdati bələdiyyəsinin Nerqeti kəndində güclü
leysan
nəticəsində torpaq sürüşməsi baş verib, nəticədə 4 yaşayış evi
torpaq altında qalıb.
Hazırda bir vətəndaşı xilas etmək mümkün olub, 3 cəsəd tapılıb, 6
nəfərin axtarışı davam etdirilir”, - deyə xilasetmə xidməti
bildirir.
Yerli sakinlərin dediyinə görə, axtarılanlar
arasında 3 uşaq da
var.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təbii fəlakət baş
verən ərazilərə 200-dən çox yanğınsöndürən və xilasedici, o
cümlədən müvafiq texnika, pilotsuz uçuş aparatları, kinoloqlar
qrupu səfərbər olunub.