Marneuli bələdiyyəsində, Sabirkənddə daxili yolların çəkilməsinə
415 682 lari xərclənəcək.
Meriya tərəfindən elan edilmiş tenderə görə, Sabirkəndin yolları
üçün layihə 2021-ci ildə “Project Company” MMC tərəfindən
hazırlanıb.
“Tapşırığa əsasən, “Project Company” MMC-nin
mütəxəssisləri tərəfindən layihə obyektinin yerində sahə-tədqiqat
və mühəndis-geoloji tədqiqat işləri aparılmış, ərazinin topoqrafik
araşdırması həyata keçirilib. Dizayn prosesi zamanı sifarişçinin
tələbləri və müvafiq tövsiyələr nəzərə alınıb. Ümumilikdə beş
layihə yolumuz var. Yollar hər iki tərəfdən təsərrüfat sahələri ilə
həmsərhəddir. Obyektdə beton, asbest və metal borulara rast gəlmək
olur. Layihə boruların sökülməsini nəzərdə tutur”, –
layihənin izahatında yazılıb.
Layihə mövcud palçıqlı torpaq örtüyünün çıxarılması və daşınmasını
nəzərdə tutur. İş təhlükəsizlik qaydalarına riayət edərək
aparılmalıdır.
“Təhlükəsizlik texnikasına, istehsalat sanitariyası və yanğından
mühafizə qaydalarına, norma və təlimatlarına riayət etmək, onları
bütün işçilərə öyrətmək lazımdır. İşə başlamazdan əvvəl təlimatın
aparılması, təhlükəsizlik qaydalarının öyrədilməsi, nəqliyyat
vasitələrinin müvafiq səs və işıq siqnalı olmalı, nəqliyyat
vasitələrinin dayanması gündüz qırmızı qəza durma siqnalları və
maneələrlə, gecə qırmızı işıqforla məhdudlaşdırılmalıdır. Tikinti
təşkilatı işlərin təhlükəsizlik, əmək və istehsalat sanitariyası
qaydalarına tam riayət olunmaqla yerinə yetirilməsinə görə
məsuliyyət daşıyır”, – tender sənədində yazılıb.
Sabirkəndin daxili yollarının çəkilişi ilə bağlı tenderdə iştirak
etmək istəyənlər 15-20 mart tarixlərində təkliflərini təqdim edə
bilərlər. Qalib gələn şirkət müqavilə imzalandıqdan sonra 90 gün
ərzində işləri yerinə yetirməlidir.
Sabrikənd yolu layihəsinin 95%-i dövlət, 5%-i isə yerli özünüidarə
tərəfindən maliyyələşdirilir.