Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski
konsensusun vacibliyindən danışıb və qeyd edib ki, seçkilər böyük
enerji və diqqət tələb etməsinə baxmayaraq, siyasi partiyalar 9
addımı yerinə yetirmək üçün birgə çalışmalıdırlar.
“Oktyabrda böyük enerji və diqqət
tələb edən seçki olsa da, paralel olaraq bütün siyasi partiyaların
9 tövsiyənin hamısını həyata keçirmək üçün əlindən gələni etməsi
vacibdir. Bu,
iqtidar tərəfindən inklüziv prosesin təmin edilməsi
və müxalifətə prosesdə iştirak imkanının verilməsi
deməkdir.
Müxalifət tərəfdən konstruktiv
yanaşma tələb olunur. Vətəndaş cəmiyyətinin iştirakı da bizim üçün
vacibdir. Ona görə də ümid edirik ki, seçki kampaniyasına
baxmayaraq, konsensus olacaq və hamı Avropaya inteqrasiya
istiqamətində birgə çalışacaq”.