“Gürcü Arzusu”nun baş katibi və Tbilisi meri Kaxa Kaladze dünən
dediyi “heç bir ittifaq mənim ölkəmin və xalqımın mənafeyindən
imtina etməyimə dəyməz”
ifadəsini təkrarlayıb və bildirib ki, heç bir ittifaq ölkənin
müstəqilliyinə və suverenliyinə xələl gətirmə qarşılığında dəyərli
deyil.
Kaladze konkret açıqlamayıb ki, hansı ittifaq Gürcüstanın
maraqlarına və suverenliyinə “xələl gətirir”.
Onun sözlərinə görə, “ekstremist maliyyələşdirmə,
inqilabi
maliyyələşdirmə, dövləti sarsıtmaq” məsələsinə gəldikdə, dövlət
ayağa qalxacaq və bunun qarşısını almaq üçün hər şeyi edəcək.
“Ölkəmin mənafeyinə, sabaha, ata-babalarımın uğrunda
vuruşduğu, qan tökdüyü müstəqilliyə, suverenliyə xələl gətirəcək
heç bir ittifaqı qəbul etməyəcəyəm. Bir neçə gün əvvəl aprelin 9-u
idi və biz bu insanları xatırladıq. Təbii ki, biz heç kimə ölkənin
maraqlarına, suverenliyinə xələl gətirmək imkanı verməyəcəyik.
Bu, hansı ittifaqı istəsəniz, bütün birliklərə aiddir. Xalq hər
şeyi görəcək. Bu çətin yolda harda olduğumuzu görəcəyik.
Çox sadə bir sualım var, biz Avropa İttifaqına daxil olmaqdan
danışanda niyə bu qanun layihəsi buna mane olur? Biri mənə bir
arqument gətirsin. Biz bütün yaxşı layihələri alqışlayırıq, normal
bir insan necə mane ola bilər, ya dəstəkləməz?! Amma söhbət
ekstremist maliyyələşdirməyə, inqilabi maliyyələşdirməyə, dövləti
alt-üst etməyə gələndə dövlət öz yerini tutacaq, kim olursa olsun,
maliyyə haradan gəlirsə, qarşısını almaq üçün əlindən gələni
edəcək.
Şəffaflıq həmişə vacibdir. Hamıya, Almaniyaya, Amerikaya hörmət
edirəm, mənim üçün ən önəmlisi ölkəmdir”, - Kaladze
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.