Rusiya Oçamçiredə hərbi dəniz limanı inşa edərsə, Abxaziyadan Qara
dənizin hərbi-strateji nəzarəti üçün əlavə rıçaq kimi istifadə
edəcək.
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin parlamentə
təqdim etdiyi 2023-cü il üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, Oçamçirenin su sahəsinin kiçik olması və hazırkı
infrastruktur şərtləri nəzərə alındıqda limandan Rusiya
donanmasının irihəcmli hərbi gəmiləri üçün istifadə edilməsi
ehtimalı
yoxdur. Əlavə olunub ki, 2023-cü il ərzində limanda və
onun ətrafında vacib infrastruktur işlərinin aparılması müşahidə
edilməyib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.