Müharibə, dezinfromasiya və başqa ölkədə yaşamaq – Ukraynadan qaçqın qadınlar Gürcüstanda
17:37 / 22.04.2024
Tbilisidə Ukraynadan məcburi köçkünlər üçün ötən il “Ukrayna Evi”
açılıb. “Ukrayna Evi”-nin benefisiarları Rusiyanın Ukraynaya
hücumundan
2 il sonra Gürcüstana daha yaxşı adaptasiya olmaq üçün gürcü dilini
öyrənə bilərlər.
“Gürcü-Ukrayna Platformasının” sədri və “Ukrayna
Evinin” rəhbəri Valentina Marcanişvili bildirir ki, bu gün
Gürcüstanda, əsasən Tbilisidə və Batumidə 25 000-dən 27 000-ə qədər
ukraynalı yaşayır. O, ictimaiyyətin Ukraynaya dəstək olmaq üçün
necə birləşdiyini xatırlayır. Rus narrativi isə yanaşmalarda
dəyişiklik yaratdı – “Bu bütün əhalidən, eləcə də müharibəyə qədər
burada yaşayan ukraynalılardan təsəvvür edilməz dəstək idi. Hamı
Ukraynada baş vermiş bədbəxtliyə münasibət bildirdi. Hamı kömək
etmək üçün nə isə etməyə çalışırdı. Bütün gürcülər müharibənin nə
olduğunu bilirlər. Hamı 2008-ci ili xatırlayır. Ona görə də bu
yerli əhalinin hiss etdiyi xüsusi ağrı idi”.
“Ukyna Evi” Tbilisidə 2023-cü ilin sentyabr ayında yaradılıb.
Açılandan bu günə qədər Ukrayna Evinə 3000-ə yaxın benefisiar
gəlib, onlar gürcü, ingilis dilini, əl işlərini, Gürcüstanda
biznesə başlamaq qaydalarını öyrənir, gürcülərə ukraynalıları daha
yaxşı tanıtmaq məqsədilə mədəni axşamlar keçirirlər.
İrina, Orasta, Marina və Alesia (adlar şərtidir) Gürcüstanda
yaşayırlar. Marina Gürcüstana müharibə başlamazdan əvvəl gəlib,
Orasta burada yalnız bir ay qalmalı idi, amma artıq iki ildir,
Gürcüstanda qalır. İrina Gürcüstana Rusiyadan keçib, Alesiya işğal
edilmiş Luqansk vilayətindən azad Ukraynaya, sonra isə Gürcüstana
keçib.
Ukraynalı xanımlar müharibə başlamazdan əvvəlki dövrü xatırlayırlar
– o zaman Ukraynada və Gürcüstanda nə baş verirdi? Müharibədən
sonra Gürcüstanda həyat necə davam edib, onlar rus təxribatına görə
hansı problemlərlə qarşılaşırlar və onların gələcək planları
necədir?
Ukraynalı məcburi köçkünlər öz ölkələrinə nə zaman qayıdacaqlarını
bilmirlər. Onlar yeni reallığa uyğunlaşmağa və gürcü dilini
öyrənməyə çalışırlar. “Ukrayna Evininin” rəhbəri Valentina
Marcanişvilinin sözlərinə görə, ukraynalıların gürcü dilini
öyrənməsi çox mühümdür. “Böyüklərin böyük ehtiyacı var ki,
elementar səviyyədə gürcü dilini bilsinlər. Qəbul elan etdik,
faktiki olaraq 3-4 günə 130 müraciət daxil olub".
Jvania məktəbi yetkinlik yaşına çatmış ukraynalılar üçün,
gürcülərlə ünsiyyətin asanlaşdırılması məqsədi ilə 2 gürcü dili
tədris qrupu açıb – sıfırdan başlayan və bir az yüksək səviyyə.
Ukraynalı uşaqlar da gürcü dilini öyrənirlər. Gürcüstan Təhsil
Nazirliyi onlar üçün gürcü məktəblərində xüsusi Ukrayna sektorları
açıb – Tbilisidə, 41 və 220 saylı məktəblərdə, eləcə də Batumidə
iki sektor fəaliyyət göstərir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.