Avropa Parlamentinin deputatı Miriam Leksman “Gürcü Arzusu”nun açıq
reyestr yaratması ilə bağlı
açıqlamasına növbəti dəfə münasibət bildirib. Onlar hökuməti onlayn
tənqid edən və onların fikrincə “nifrət doğuran” şəxsləri də bura
daxil etməyi planlaşdırırlar.
O, bu barədə X-də yazıb.
O, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali
Nümayəndəsi Cozef Borrelə və Avropa Şurasının prezidenti Şarl
Mişele Bidzina İvanişvilinin sanksiya olunması üçün başqa nə
lazımdır sualı ilə müraciət edib.
“Hörmətli Cozef Borello və Avropa Şurasının prezidenti,
Gürcüstan demokratiyasını məhv etdiyinə görə Bidzina İvanişvilini
nəhayət sanksiyalara məruz qoymaq, Aİ-nin maliyyələşdirilməsini
dondurmaq və üzvlük danışıqlarını dayandırmaq üçün sizə daha nə
lazımdır?
İndi gürcü demokratiyasını xilas etmək və xalqın yanında olmaq
vaxtıdır”, - Miriam Leksman yazıb.
Miriam Leksman Gürcüstanda müxalifət üzvlərinə və fəallara qarşı
hücumlara X-də başqa bir paylaşımla münasibət bildirib və “Gürcü
arzusu”nun sərhədi keçdiyini qeyd edib.
O, yenidən Cozef Borrell və Çarlz Mişelə müraciət edib ki,
“sözlərin vaxtı bitib” və Avropa İttifaqının gürcü xalqının yanında
olmasının vaxtı çatıb.
“Buna son qoyulmalıdır! Təhdidlər, hücumlar,
döyülmələr, təqiblər. “Gürcü arzusu” bütün sərhədləri aşdı və
Gürcüstan avtoritarizmə doğru gedir”, – Miriam
Leksman yazıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.