Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün Parlament yaxınlığında 20 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu gün, mayın 13-də Parlament yaxınlığında İnzibati Xətalar

Məcəlləsinin 166 və 173-cü maddələri ilə polis əməkdaşları tərəfindən 20 nəfər saxlanılıb. Bu maddələrdə xırda xuliqanlıq və polisin tələblərinə tabe olmamaqdan bəhs edilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslərdən 3-ü xarici ölkə vətəndaşları, yəni 2002-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı Q.B.,
habelə 1995-ci il təvəllüdlü Amerika Birləşmiş Ştatlarının vətəndaşı P.H.. və adını açıqlamaqdan imtina edən və ABŞ-ın Gürcüstandakı səfirliyi ilə əlaqə saxlamağı xahiş edən eyni ölkənin daha bir vətəndaşı da var.

Agentliyin məlumatına görə, artıq bu şəxslərin saxlanılması barədə Amerika Birləşmiş Ştatlarının və İsveçrə Konfederasiyasının səfirlikləri məlumatlandırılıb.

 

Mənbə: Publika
Aksiya iştirakçılarının polis tərəfindən döyülməsi ilə bağlı istintaqa başlanılıb

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google