Sabah Gürcüstana Latviya, Estoniya, Litva və İslandiyanın Xarici İşlər Nazirləri gələcəklər.

15 may tarixində, Gürcüstana Latviya, Estoniya, Litva və İslandiyanın Xarici İşlər Nazirləri gələcəklər. Bu haqda məlumatı Latviya Xarici İşlər Nazirliyi yayımlayıb.

Məlumatda bildirilir ki, səfər çərçivəsində prezident, Parlamentin sədri xə Xarici İşlər Naziri ilə görüş nəzərdə tutulub. Həmçinin, hakimiyyət, müxalifət və qeyri-hökumət sektoru üzvləri ilə də görüş baş tutacaq.

Gürcüstanda cari hadisələr, o cümlədən Gürcüstan Parlamentinin təqdim

etdiyi “Xarici Təsir haqqında” qanun layihəsi müzakirə olunacaq.

“Latviyanın Xarici İşlər Naziri Baiba Braje işgüzar səfər çərçivəsində, Estoniyanın Xarici İşlər Naziri Marqus Tsahknas, İslandiyanın Xarici İşlər Naziri Tordis Kolbrun Reikfjord Gilfadottir və Litvanın Xarici İşlər Naziri Qabrielius ilə Gürcüstana səfər edəcək.

Baltikyanı ölkələrin və İslandiyanın Xarici İşlər Nazirləri Gürcüstan prezidenti Salome Zurabişvili, o cümlədən Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstanın Xarici İşlər Naziri İlya Darçiaşvili və müxalifət partiyalarının nümayəndələri ilə birgə görüşlər keçirəcəklər. Gürcüstan hökuməti və vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri ilə də görüşlər nəzərdə tutulub.

Rəsmilər, həmçinin, Gürcüstanın Avropa İttifaqına namizəd ölkə kimi öhdəliklərindən irəli gələrək, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı islahatlar prosesində, eləcə də Rusiya təhlükəsinə qarşı davamlılığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar”,
- məlumatda deyilir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google