Marneuli bələdiyyəsində fəaliyyət göstərən uşaq bağçalarına
qeydiyyat iyun ayının 3-dən başlayacaq və 30 iyun tarixinə qədər
davam edəcək.
Bu barədə “Marneuli” radiosuna müsahibəsi zamanı Uşaq Bağçaları
Birliyinin rəhbəri Zaur Kərəmov məlumat verdi.
Kərəmovun sözlərinə görə, qeydiyyat prosesi bağçalarda həyata
keçiriləcək.
“Bu müddət ərzində uşaqlarını qeydiyyatdan keçirə
bilməyən valideynlər ikinci və üçüncü mərhələdə də keçirə bilərlər.
İkinci mərhələ avqustun 20-dən sentyabrın 1-ə qədər davam edəcək.
Üçüncü mərhələ isə bağçalarda tədris prosesi başlayandan sonra hər
ayın birindən üçünə qədər aparılacaq. Burda da uşaqların siyahıya
əlavə edilməsi olacaq”.
Zaur Kərəmov valideynlərdən tələb olunan sənədlərlə bağlı da
məlumat verdi.
“Qeydiyyat üçün uşağın doğum şəhadətnaməsinin notarial
qaydada təsdiqlənmiş surəti, sağlamlıq arayışı, 4 ədəd fotoşəkil və
valideynin şəxsiyyət vəsiqəsinin surəti lazımdır. Sosial statuslu
ailə olduğu haqda arayış və ya məcburi köçkün olduğu halda sənədin
təqdim olunması, eyni zamanda məhdud imkanlı şəxslərin statusunu
təsdiq edən sənəd lazımdır”.
Kərəmov onu da bildirdi ki, uşaqların qeydiyyatı
12 bağçada həyata keçiriləcək. Qeydiyyat prosesi isə saat 9:00-dan
17:00-a kimi davam edəcək.
Qeyd edək ki, Marneulidə hal-hazırda 15 uşaq bağçası var. Yalnız
onlardan 11-də tədris prosesi aparılır. Yeni tədris ilindən isə
Qızılhacılı uşaq bağçasında tədris prosesinin bərpası nəzərdə
tutulur. Ora da qeydiyyat 3 iyun tarixindən başlayacaq. Digər üç
bağçada isə tikinti işləri aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.