Kobaxidze: Zurabişvili vetosu ilə bütün müzakirə məkanını bağladı
Gürcüstanın baş naziri bildirir ki, prezident “Agentlər haqqında qanun”a veto qoymaqla bu məsələnin müzakirə sahəsini aradan qaldırıb. Baş nazir İrakli Kobaxidze hökumətin iclasından əvvəl Salome Zurabişvilinin “kobud vetosu” barədə danışıb.

“Salome Zurabişvili bu qanuna veto qoydu və bununla da müzakirə üçün bütün yerləri bağladı. Beynəlxalq tərəfdaşlara təklifimiz mövqelərin uzlaşdırılması üçün veto prosedurundan istifadə etmək idi, lakin Salome
Zurabişvili kobud şəkildə qanuna veto qoyaraq sağlam müzakirə üçün bütün yerləri bağladı”,
- deyə baş nazir bildirib.

Mayın 18-də Gürcüstan prezidenti “Agentlər haqqında qanun”a veto qoyub. Onun sözlərinə görə, bu, “rus qanunu”dur və həm ölkə konstitusiyasına, həm də Avropa standartına ziddir.

Gürcüstan prezidenti veto prosedurundan istifadə edərək qanun layihəsinə cəmi bir cümlə əlavə edib: “Bu qanun qüvvəyə mindikdən sonra 1 gün qüvvədədir”.

“Agentlər Qanunu” baxılmaq üçün parlamentə qayıdır. Vetonun öhdəsindən gəlmək üçün 76 deputatın dəstəyi kifayətdir və parlament çoxluğu daha çox, 83 səsə malikdir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google