POLITIKO xəbər verir ki, əgər Gürcüstan hökuməti getdikcə
anti-qərb ritorikasını və insan haqlarından geri çəkilməsini
dayandırarsa, Vaşinqton Gürcüstana böyük iqtisadi və təhlükəsizlik
yardım paketi təqdim edə bilər.
Nəşr yazır ki, o, Cənubi Karolina ştatından respublikaçı konqresmen
Co Vilsonun bu həftə Konqresə təqdim etdiyi qanun layihəsi ilə
tanış olub və ona əsasən, ABŞ-ın Gürcüstanla “böyük selektiv
ticarət
rejiminə” başlayacağı nəzərdə tutulur. Qanun layihəsi
MEGOBARI Aktı (Gürcüstanın Hesabatlılığın, Dayanıqlığın və
Müstəqilliyin Yaradılması üçün Seçimlərinin Səfərbər edilməsi və
Artırılması Aktı) adlanır.
Qanun layihəsində Amerika bazarlarına çıxışın yaxşılaşdırılması ilə
yanaşı, Gürcüstan vətəndaşları üçün viza rejiminin
liberallaşdırılması da nəzərdə tutulur.
Qanun layihəsi həmçinin rəsmiləri Gürcüstana hərbi yardım paketi
hazırlamağa, o cümlədən “Rusiya təcavüzünə qarşı ərazi müdafiəsi
üçün ideal şəkildə uyğunlaşdırılmış təhlükəsizlik və müdafiə
avadanlığı, eləcə də müşayiət olunan təlim, texniki xidmət və
əməliyyat dəstəyi elementləri” ilə bağlı göstəriş verir.
Bununla belə, proqram o halda həyata keçiriləcək ki, ABŞ “Gürcüstan
demokratiyanın dirçəldilməsi istiqamətində mühüm və davamlı
irəliləyiş nümayiş etdirib, bunun minimum sübutu kimi əhəmiyyətli
dərəcədə ədalətli və azad seçkilər və balanslaşdırılmış seçkiqabağı
mühit olacaq”.
POLITIKO daha əvvəl bildirmişdi ki, Vilsonun qanun layihəsi hakim
“Gürcü Arzusu” partiyasının siyasətçiləri və digər hökumət
rəsmiləri Rusiya tipli “xarici agent” qanununu tətbiq etsələr,
onlara fərdi sanksiyalar tətbiq edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.