Gürcüstanın demokratiyasını sarsıtmaq üçün viza məhdudiyyətləri - ABŞ sanksiyaları

ABŞ Dövlət Departamenti Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan şəxslərə və onların ailə üzvlərinə qarşı yeni viza məhdudiyyətləri siyasətini elan edib.


Bu barədə dövlət katibi Entoni Blinkenin yeni bəyanatında deyilir - məhdudiyyətin kimə şamil edildiyi, siyahı məlum deyil.

“Son aylarda hakim "Gürcü Arzusu" partiyası sərbəst toplaşmaq və ifadə azadlığını boğacaq, təşkilatları ləkələyən və gürcülərin keyfiyyətli
informasiyaya çıxışını təmin edən müstəqil media qurumlarının fəaliyyətinə mane olacaq xarici təsir qanunu hazırlayıb və qəbul edib. Gürcüstan vətəndaşları bu qanuna etiraz etdikcə, biz hədə-qorxu kampaniyasının və müxalifəti sıxışdırmaq üçün güc tətbiqinin açıq əlamətlərini gördük.

Bu hərəkətlərə cavab olaraq, Dövlət Departamenti Gürcüstan üçün yeni viza məhdudiyyəti siyasətini qəbul edir və bu siyasət Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə, habelə onların ailə üzvlərinə şamil ediləcək. Buraya Gürcüstanda mülki sektoru sıxışdırmaqda və zorakılıq və hədə-qorxu kampaniyası vasitəsilə dinc toplantıları yatırmaqda məsul olan şəxslər daxildir.

ABŞ-ın Gürcüstana dəstəyi çoxdankı və ikitərəfli əməkdaşlığımız üçün əsasdır. Bu siyasət vasitəsilə Gürcüstanda demokratik proseslərə və ya institutlara, o cümlədən 2024-cü ilin oktyabrında keçiriləcək seçkilərdən əvvəl və seçkilər zamanı xələl gətirən hər kəs artıq ABŞ vizası və ya ABŞ-a səyahət hüququna malik ola bilməz. Bu məhdudiyyətlər oxşar şəxslərin ailə üzvlərinə də şamil oluna bilər.

Mən də bu gün ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıram. Ümid edirik ki, Gürcüstan liderləri bu qanuna yenidən baxacaq və öz xalqlarının demokratik və Avro-Atlantik arzularını həyata keçirmək üçün addımlar atacaqlar. İki ölkə arasında münasibətlərin nəzərdən keçirilməsi prosesində qərarımızı qəbul edərkən Gürcüstanın hərəkətlərini nəzərə alacağıq”,
- deyə məlumatda bildirilir.
Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google