Levan Berdzenaşvili, Telavi bələdiyyə şurasının deputatı, “Gürcü
arzusu” partiyasının üzvü “Agentlər haqqında” qanunun qəbulu ilə
əlaqədar partiya sıralarını
və Bələdiyyə Məclisində olan vəzifəsini tərk edəcək. Berdzenaşvili
nümayəndəlik orqanında mandat, prosessual və hüquqi məsələlər
komissiyasına rəhbərlik edir.
Levan Berdzenaşvilinin “Azadlıq” radiosuna verdiyi məlumata görə,
o, bu il iyunun 10-dək məzuniyyətdədir və Bələdiyyə Məclisinə
qayıtdıqdan sonra “Gürcü Arzusu”nu və Bələdiyyə Məclisində olan
vəzifəsini tərk edəcək.
“Nə dedimsə, sözümü sona qədər yerinə yetirəcəyəm. Bu,
parlamentin qəbul etdiyi qanuna etirazdır”.
Berdzenaşvili bu il aprelin 26-da Bələdiyyə Məclisinin sessiyasında
“and içib” ki, hakim komanda “xarici təsirin şəffaflığı haqqında
qanunu” geri götürməsə, partiyanı və vəzifəsini tərk edəcək.
“Avropa İttifaqına üzv dövlətlər, bütün tərəfdaşlar
bizə deyirlər ki, bu qanunu qəbul etsəniz, viza
liberallaşdırılmasını, namizəd statusunu itirə bilərsiniz, Avropa
ilə bağlı hər şeyi itirəcəksiniz... Ona görə də özümü bu qanun
layihəsindən ayırıram və and içirəm, qanun layihəsini geri
götürməsələr, mən vəzifəmi tərk edəcəm”, -
Berdzenaşvili aprel ayında Bələdiyyə Məclisi üzvlərinə müraciət
edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.