"Rus qanunu" kağız parçası olaraq qalacaq, biz itaətsizlik elan edirik - QHT-lər
Bəzi qeyri-hökumət təşkilatları rus qanunlarına tabe olmayacağını bəyan edirlər. Onların birgə bəyanatında oxuyuruq ki, qanun ləğv olunana qədər etiraz və mübarizə davam edəcək.

“Rus qanunu" bizim ölkədə işləməyəcək! Heç kimin tabe olmayacağı bir kağız parçası olaraq qalacaq! Hakimiyyət bilərəkdən ölkəmizin iqtisadiyyatına, beynəlxalq nüfuzuna, vətəndaş asayişinə, əmin-amanlığına təhlükə yaradıb. Bunu qəsdən edirdilər ki, bu ölkənin vətəndaşları daha bir-birinə
kömək edə bilməsinlər. Amma biz 55 gündür sübut edirik ki, insanlar vətənini sevməkdən yorulmurlar. Bu qanun ləğv olunana qədər etirazımız və mübarizəmiz davam edəcək!

Onlar bizi xüsusi təyinatlılarla, döymə və söyüşlərlə, həbslərlə və qanunsuz cərimələrlə qorxutmağa çalışsalar da, düşünmürdülər ki, insanlara kömək deyilən saleh işdən heç nə bizi dayandıra bilməz. Biz işimizi davam etdirəcəyik - insanlara və bir-birimizə kömək edəcəyik və rus qanunlarına tabe olmayacağıq! Biz heç kimi tək qoymayacağıq, həbs olunan, cərimələnən hər kəsi qoruyacağıq. Vəkillərimiz yerli və beynəlxalq məhkəmələrdə mübarizə aparacaq. Gürcüstan sevgisi və azadlığı üçün bizə kəsilən cərimələri bir-birimizə ödəmək üçün pul yığacağıq.

Bizim mübarizəmizi bütün sivil dünya görür və dəstəkləyir. Rus qanununun qəbulu ilə seçkilərin monitorinqi təhlükə altındadır, lakin biz Gürcüstan vətəndaş təşkilatları seçkiləri və hər bir vətəndaşın səsini qoruyacağımıza söz veririk. Azad və ədalətli seçkiləri qorumaq üçün hər bir seçki məntəqəsində sizinlə olacağıq və müşahidə aparacağıq! Bura Gürcüstandır! Biz qocalmayacağıq! Gürcü xalqı azadlıq mübarizəsi ilə bütün dünyanı bir daha həyəcanlandıracaq. Biz itaətsizlik elan edirik - rusiya qanununa yox! Avropaya hə!”,
– onların bəyanatında oxuyuruq.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« დეკემბერი 2024 »»
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345