Marneuli meriyasının pozduğu məcəllədə nə yazılıb?
“Marneuli” radiosu meriyadan ictimai məlumat tələb edib və soruşub:
“Marneuli uşaq bağçalarında işləyən işçi heyətinə 2023-cü ildə mükafat/əlavə/həvəsləndirmə verilibmi. Əgər verilibsə, xahiş edirik, uşaq bağçaları işçi heyətinin nə zaman və niyə mükafat/əlavə/həvəsləndirmə aldığını qeyd edin. Eləcə də işçi heyətinin neçə lari mükafat/əlavə/həvəsləndirmə aldığını qeyd edin.

Xahiş edirik, 2024-cü il ərzində uşaq bağçasında işləyən işçi heyətinə mükafat/əlavə/həvəsləndirmə
köçürülüb köçürülmədiyi - hansı məqsədlə, neçə lari köçürüldüyü barədə bizə məlumat verəsiniz. Həmin mükafat/əlavə/həvəsləndirmə neçə əməkdaşa verilib”.

Marneuli meriyası artıq iki məktubda bizə eyni cavabı yazır:

“Marneuli bələdiyyəsində mükafat/əlavə/həvəsləndirmənin verilməsi haqqında Marneuli bələdiyyə meriyasına 2024-cü ilin 24 may tarixində verdiyiniz N16-24 (qeydiyyat: N 06/3224145155-32 ) məktubuna cavab olaraq bildiririk ki, Marneuli bələdiyyə meriyasında mükafat/əlavə/həvəsləndirmə qanunla müəyyən edilmiş qaydaya uyğun olaraq verili”.

Gürcüstan Ümumi İnzibati Məcəlləsi dövlət büdcəsindən yararlanan dövlət qurumlarına əlavə məlumatla maraqlanan hər kəsə məlumat vermək öhdəliyi qoyur.



İnzibati Məcəllənin 10-cu maddəsi bizə nə deyir?

Hamının inzibati orqanda olan ictimai məlumatla tanış olmaq hüququ var. Həmçinin, əgər həmin məlumat dövlət, peşə, yaxud kommersiya sirri, ya da şəxsi məlumat deyilsə, hamı onun surətini əldə edə bilər. Açıq məhkəmə iclası nəticəsində qəbul edilmiş məhkəmə aktı mətninin ictimai məlumat olaraq verilməsi və yayımlanması məsələsinə “Ümumi Məhkəmələr Haqqında” Gürcüstan üzvi qanununa uyğun olaraq qərar verilir.

Gürcüstan Ümumi İnzibati Məcəlləsində üçüncü, “Məlumat azadlığı” adlı başlıq var

Biz bələdiyyə orqanından məlumat tələb edəndə eləcə də 28-ci, 37-ci və 40-cı maddələrə əsaslanırıq.

28-ci maddədə nə deyilir?

Maddə 28. İctimai məlumatın əlçatanlığı

Qanunla nəzərdə tutulmuş hallar və dövlət, peşə və ya kommersiya sirri, yaxud şəxsi məlumatlar istisna olmaqla, ictimai məlumatlar açıqdır. Açıq məhkəmə iclası nəticəsində qəbul edilmiş məhkəmə aktı mətninin ictimai məlumat olaraq verilməsi və yayımlanması məsələsinə “Ümumi Məhkəmələr Haqqında” Gürcüstan üzvi qanununa uyğun olaraq qərar verilir.

37-ci maddədə nə yazılıb?

37-ci maddə ictimai məlumatı necə tələb etmək qaydasını müəyyən edir:

Hər kəsin fiziki formasından və saxlama vəziyyətindən asılı olmayaraq ictimai məlumat tələb etmək və müxtəlif formalar mövcud olduqda, ictimai məlumatın alınması formasını seçmək, eləcə də məlumat bazasında olan məlumatlarla tanış olmaq hüququ var. Sənədin zədələnməsi riski olduqda, dövlət qurumu ona nəzarət altında baxmaq imkanı yaratmalı və ya müvafiq qaydada təsdiq edilmiş surətini təqdim etməlidir.

2. İctimai məlumat almaq üçün şəxs yazılı ərizə təqdim etməlidir. Ərizədə ictimai məlumat tələbinin motiv və ya məqsədini göstərmək mütləq deyil. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizəçi başqasının kommersiya sirri ilə bağlı sorğu verilməsi üçün ərizə verərkən müvafiq şəxsin notarial qaydada və ya inzibati orqan tərəfindən təsdiq edilmiş razılığını təqdim edir.

3. İctimai məlumatı elektron formada, dövlət qurumunun elektron resursları vasitəsilə tələb etmək mümkündür.

Və sonda, ictimai məlumatın verilməsi qaydasını müəyyən edən 40-cı maddə.

Dövlət qurumu ictimai məlumatı, o cümlədən elektron formada tələb edilmiş ictimai məlumatları təcili surətdə və ya 10 gündən gec olmayaraq təqdim etməlidir, əgər ictimai məlumat tələbinə cavab vermək üçün lazımdır:

a) Başqa yaşayış məntəqəsindəki struktur bölmələrindən, digər dövlət qurumlarından məlumatların axtarışı və ihazırlanması;

b) Əhəmiyyətli həcmə malik ayrı-ayrı sənədlərin axtarışı və hazırlanması;

c) Başqa yaşayış məntəqəsində yerləşən onun struktur bölməsi və ya digər dövlət qurumu ilə məsləhətləşmələr.

2. İctimai məlumatın verilməsi üçün 10 günlük müddət tələb olunduqda, dövlət qurumu bu barədə müraciət edənə təcili surətdə məlumat verməyə borcludur.

3. İctimai məlumatın fəal şəkildə dərc edilməsi dövlət qurumunu tələb edildiyi halda eyni və ya digər ictimai məlumatı müəyyən edilmiş qaydada təqdim etmək öhdəliyindən azad etmir.



Qırxıncı maddəyə görə, meriya sizə dolğun cavab verməyəndə və sizi hansısa dövlət saytına yönləndirəndə, “Marneuli” radiosu bununla az qarşılaşmır, siz bilməlisiniz ki, Marneuli meriyası qanunu pozur.

Meriya 10 günlük müddətdən istifadə edirsə, siz bu barədə bilməlisiniz. Çünki qanun onları əlavə araşdırma tələb etməyən suala təcili surətdə cavab vermək öhdəliyi qoyur və əgər əlavə araşdırma lazımdırsa, bu barədə sizə yazılı məlumat verməlidirlər.

Əgər bələdiyyə bizdən məlumat gizlədirsə, məhkəməyə müraciət edə bilərik.

Kvemo Kartli Media portalının rəhbəri Manon Bokuçava belə edib. Marneuli meriyası daxili auditin nəticəsini vermir və məhkəmənin çıxardığı qərara tabe olmur. Həmçinin, qanunvericiliyə uyğun olaraq, məhkəmə daxili audit hesabatını ictimaiyyətə açıqlamaq üçün Marneuli meriyasına tapşırıq verib. Meriya məhkəmənin bu qərarını şikayət edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google