Alman Marşal Fondunun Polşadakı eksperti Mişal Baranovski Dövlət
Departamentinin Vaşinqton Xarici Mətbuat Mərkəzində dərc olunan
müsahibəsində qarşıdan gələn NATO sammiti və Gürcüstan haqqında
danışır.
Onun sözlərinə görə, Gürcüstanla bağlı ciddi addımların atılacağını
gözləmir.
Jurnalist ondan Gürcüstanın sammitə dəvət olunması, xüsusən də
Gürcüstanın dəvət edilməməsi sürpriz olub-olmayacağı və bu qərarın
hansı nəticələrə gətirib çıxaracağı ilə bağlı sual
verib.
“Mən Buxarestdə, sonra isə Vilnüsdə gördüklərimizdən
daha əhəmiyyətli addımlar gözləmirəm. Gürcüstan müəyyən dərəcədə öz
gündəminə əməl etmir və bir çoxumuza QHT-lərə qarşı rus qanunlarını
xatırladan qanunlarla çox şübhəli, problemli və qəbuledilməz
dəyişikliklər edir.
Ona görə də hesab edirəm ki, Avro-Atlantik inteqrasiyaya gəldikdə
Gürcüstana görə növbəti addımların atılması üçün çətin vaxtdır.
Gəlin burada dayanaq”, - deyə ekspert bildirib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.