Avropa Komissiyasının Aİ-nin Qonşuluq və Genişlənmə Məsələləri üzrə
Baş Direktorluğu Aİ-nin Gürcüstana maliyyə dəstəyi haqqında məlumat
dərc edir.
“Aİ-nin Gürcüstana dəstəyi ilə bağlı yanlış şərhə cavab
olaraq, aydınlaşdırma xarici təsirin şəffaflığı haqqında qanun
kontekstində vacibdir”, - deyə direktorluğun
bəyanatında bildirilir.
Onların məlumatına görə, 2019-2024-cü illərdə nazirliklər mülki
sektordan 10 dəfə çox dəstək alıb. O cümlədən, 2019-cu
ildən
2024-cü ilə qədər Gürcüstanın dövlət strukturlarına 517 milyon
avro, vətəndaş cəmiyyətinə 46 milyon avro, özəl sektora 6 milyon
avro ayrılıb.
Direktorluğun məlumatına görə, 2019-2024-cü illərdə Aİ dəstəyindən
ən böyük 10 benefisiar aşağıdakılardır:
1. 111,55 milyon avro - Regional İnkişaf və İnfrastruktur
Nazirliyi/Yerli Hakimiyyətlər;
2. 101,40 milyon avro - Maliyyə Nazirliyi;
3. 62,75 milyon avro - Müdafiə Nazirliyi;
4. 57 milyon avro - Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı
Nazirliyi;
5. 30,5 milyon avro - İqtisadiyyat və Davamlı İnkişaf
Nazirliyi;
6. 25,07 milyon avro - Əmək, Səhiyyə və İşğal olunmuş Ərazilərdən
Məcburi Köçkünlərin Sosial Müdafiəsi Nazirliyi;
7. 19 milyon avro - Miqrasiya Məsələləri üzrə Hökumət
Komissiyası;
8. 12,85 milyon avro - Təhsil, Elm və Gənclər Nazirliyi;
9. 10,5 milyon avro - Daxili İşlər Nazirliyi;
10. 7,4 milyon avro – Hökumət Dəftərxanası;
Gürcüstan Parlamentinin adı siyahıda on birincidir və onların
məlumatlarına görə, ona 4,8 milyon avro ayrılıb.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.