Baş nazir İrakli Kobaxidze jurnalistin oktyabrın 26-da
keçiriləcək parlament seçkilərində “Gürcü Arzusu”nun partiya
siyahısı ilə bağlı sualını cavablandırıb.
Onun sözlərinə görə, indiki parlament çoxluğunun bütün üzvləri
siyahıda qala bilər.
“Parlament çoxluğuna gəlincə, mən hesab edirəm ki,
hazırkı parlament çoxluğunun bütün üzvləri bu parlament siyahısında
qalmaq arzusundadırlar. Bu, komandanın, hər bir komanda rəhbərinin
ümumi münasibətidir. Bu, bütün kollektivin ümumi münasibətidir -
bu, təbii ki, fəxri sədr, partiya sədri, hər bir siyasi şura üzvü
deməkdir. Bugünkü parlament çoxluğu görkəmli komanda olduğuna görə,
əgər bu komandanın hər bir üzvünün qalmaq imkanı varsa, onlara bu
imkanı vermək lazımdır”, - Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, siyahının formalaşdırılması məsələsi ilə
bağlı məsləhətləşmələr hələ başlamayıb.
“Cənab Bidzina İvanişvilinin münasibəti belədir ki,
bütün prinsipial qərarlar məsləhətləşmələr əsasında qəbul
edilməlidir. Bütün bu illər, 12 il ərzində Bidzina İvanişvili bu
prinsiplə hərəkət etdi. Siyahı ilə bağlı məsləhətləşmələr hələ
başlamayıb. Bizdə siyahıya kollegial olaraq, siyasi şura formatında
baxılır. Ona görə də hər kəs bu məsələyə uyğun formatda baxılmasını
gözləməlidir və siyasi şura formatında qərarlar
veriləcək”, - deyə baş nazir bildirib.
“Mtavari” kanalının mənbəsinin məlumatına görə, bu mərhələdə Dito
Samxaradze, Davit Matikaşvili, Arçil Talakvadze, Rima Beradze, İrma
Zavradaşvili, İrakli Zarkua, Nino Tsilosani, Eliso Bolkvadze, Aluda
Quduşauri “Gürcü Arzusu” partiyasının autsayderləri adlanır.
Parlament çoxluğunun nümayəndələri indiki mərhələdə siyahılardan
danışmağı əsassız və əbəs fəaliyyət hesab edirlər.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.