19 yaşlı gəncin ölümü ilə bağlı 3 nəfər saxlanılıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə 19 yaşlı gəncin ölümü ilə bağlı 3 nəfəri saxlayıblar.


İstintaq Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma 117-ci maddəsi ilə aparılır.

Hadisə təxminən bir həftə əvvəl Tbilisinin Varketili məhəlləsində baş verib. Döyülən gənc xəstəxanada olub və iyunun 21-də dünyasını dəyişib. Mərhumun yaxınlarının verdiyi məlumata görə, gənc oğlan mübahisə zamanı küçədə fiziki

təzyiqə məruz qalıb. Ərazi “baxıcıları” ona qarşı zorakılıq edib və qarşıdurmaya 3 nəfərdən çox adam cəlb olunub.
Yeniləmə:

Gürcüstan Prokurorluğu qrup halında saxlanılan 3 nəfəri qəsdən sağlamlığa ağır zərər vurmaq və insan ölümünə səbəb olmaqda ittiham edəcəyini açıqlayıb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, iyunun 15-də Tbilisi şəhəri, Varketili 3-cü massivdə qarşılıqlı mübahisə zəminində təqsirləndirilən şəxslər əl və ayaqları ilə 19 yaşlı Ş.İ.-nin baş və bədən nahiyəsinə çoxsaylı zərbələr vurublar. Zərərçəkmiş huşsuz vəziyyətdə tibb müəssisəsinə çatdırılıb və aldığı xəsarətlər nəticəsində iyunun 21-də xəstəxanada ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hər üç müttəhimi iyunun 15-də saxlayıblar. İlkin olaraq təqsirləndirilən şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsinin “L” bəndi (qrup halında qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham irəli sürülüb və prokurorluğun vəsatəti əsasında onlar barəsində həbs-qətimkan tədbiri seçilib. Saxlanılan hər üç şəxsə qarşı irəli sürülən ittihamlar Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 14 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 117-ci maddəsinin 4-cü hissəsi (qrup halında sağlamlığa qəsdən ağır zərər vurma, insan ölümünə səbəb olma) ilə dəyişib”,
- prokurorluq bildirir.

Daxili İşlər Nazirliyində başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google